Gövhər Arif qızı Əliyeva

 

 

Eserleri

» Огромный дивертикул мочевого пузыря. Дивертикулектомия

» Дивертикулы мочевого пузыря у взрослых и их оперативное лечение

» Нагноение дивертикула мочевого пузыря

 

 



- Gövhər Arif qızı Əliyeva 30 yanvar 1960-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

 - Orta təhsilini Naxçıvan şəhərində almış, 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə dirlomu ilə bitirmişdir, cərrah-uroloqdur.

- 1984-1993-cü illər ərzində Naxçıvan Muxtar Respublika Birləşmiş xəstəxanasında cərrah-uroloq işləmiş, həmçinin Naxçıvan Dövlət Universitetində tibbi hazırlıqdan dərs demişdir.

- 1993-cü ildən Bakı şəhəri Respublika Klinik Uroloji Xəstəxanasında həkim-uroloq işləyir, eyni zamanda elmi fəaliyyətlə məşğul olur. Müxtəlif ədəbiyyatlarda azərbaycan və rus dilində elmi məqalələri dərc edilmişdir.

–  G.Əliyeva ədəbi yaradıcılıqla da məşğul olur. Şairədir. Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür və yaradıcılıqda «Gövhər Əntiqə» kimi tanınır. «Sən və o», «Zərifə», «Qurtuluş», «Tebə somnoö bolğşe net» adlı şeer kitablarının müəllifidir. «Minatürlər», «Qəzəllər və Rübailər», «Qoşmalar», «Bayatılar», «Xocalıdan məktublar» adlı kitabları nəşrə hazırlanır.  

-  Alman və rus dillərini mükəmməl bilir, şerlər yazır və tərcümələr edir.

-  Ailəlidir.

- Atası Arif Əliyev ixtisasca mühəndisdir. O, XX əsrin əvvəllərində Azərbaycanın məşhur xanəndəsi olmuş Kərbəlai Baxşəlinin oğludur.

- Anası Əntiqə Heydər qızı həkim idi. O, Naxçıvanın tanınmış bəylərindən olan Hacı Abbas Aga Səfərəlibəyovun nəvəsi, Azərbaycanın ilk aktyorlarından biri və Nəriman Nərimanovun xalası oğlu Heydər Dadınskinin qızıdır.

 

   


Sayt 15.09.2007-ci il tarixdə yaradilmışdır